Baş Prokurorluğun və Daxili İşlər Nazirliyindən bildirilib ki, xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilmiş, hazırda vəziyyəti qənaətbəxşdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.