14.03.2025, 21:45
AZ EN
08.01.2025, 17:30 151

Ağdamda 8 milyon manatlıq park salınacaq

XƏBƏRLƏR
  • “Ağdam şəhərində Mərkəzi parkın tikintisi işləri”nin satın alınması üzrə tender elan edilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Dövlət Satınalmalar Agentiliyi məlumat yayıb. Bildirilir ki, Ağdam şəhərində Mərkəzi parkın tikintisi işləri üzrə ehtimal edilən qiymət 8.752.060,49 manatdır. Tenderə qatılmçaq istətən təchizatçı şirkətlər təklifləri təqdim etmək üçün 25 manat istifadə haqqı, 1500 manat iştirak haqqı ödəməlidirlər.

Satınalan təşkilat “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsdir. Təkliflərin son təqdim olunma tarixi 17 yanvardır.

Xatırladaq ki, Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.

Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

Elxan SALAHOV

Oxşar xəbərlər