12.03.2025, 08:41
AZ EN
14.02.2025, 17:15 219

Qarabağ Universiteti İnsan İnkişafı Forumunda təmsil olunub

XƏBƏRLƏR
  • Qarabağ Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə keçirilən İnsan İnkişafı Forumunda təmsil olunub.

Qarabağ Universitetinin Mükəmməllik Mərkəzinin direktoru Abdulxaliq Məmmədli forumda iştirak edərək müxtəlif təşkilat və qurumlarla keçirilən görüşlərdə Qarabağ Universitetinin gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Forum çərçivəsində insan kapitalının inkişafı, sahibkar düşüncə tərzinin təşviqi, bilik və bacarıqların artırılması, təhsil və biznes arasında əməkdaşlığın gücləndirilməsi kimi vacib mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər