Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun noyabr ayı üzrə növbəti səyyar qəbulu Sabirabad rayonu Şəhriyar kəndində, keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən Cəbrayıl rayonunun 12 saylı tam orta məktəbində keçirilib.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə keçirilən qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Sabirabad rayon Mənzil İstismar idarəsinin əməkdaşları, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediriblər. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildiriblər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qəbul vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi və onların problemlərinin daha effektiv həlli baxımından əhəmiyyətli olub.
Tahirə AĞAMİRZƏ