25.04.2025, 15:57
AZ EN
24.04.2025, 22:53 121

“Şahin” hərbi-idman oyununun region üzrə zona birinciliyi başa çatıb

XƏBƏRLƏR
  • Şərqi Zəngəzur Regional "Şahin" hərbi-idman oyununun region üzrə zona birinciliyi başa çatıb. Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Şahin" hərbi-idman oyununun region üzrə zona birinciliyi başa çatıb.

Qeyd edək ki, yarışda Kəlbəcər, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə komandalar zona birinciliyi uğrunda mübarizə aparıblar. Yarışın yekun nəticəsinə əsasən Zəngilan rayon komandası "Şahin" hərbi idman oyunu üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, "Şahin" hərbi-idman oyunu Elmi və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilir.

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Çağırışaqədərki hazırlıq fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər