Görüşdən əvvəl Kürdəmir rayonunda “Şəhidlər Xiyabanı”nda dəfn olunmuş, Cəbrayıl rayonundan olan, İkinci Qarabağ müharibəsi şəhidi Əliyev Ziyadxan İbrahim oğlunun və həmin ərazidə torpağa tapşırılan digər şəhidlərimizin məzarı ziyarət edilib.
İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələrdən söhbət açıb, Cəbrayıla köçün başlanması ilə əlaqədar geniş məlumat verib.
Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll üçün müvafiq tapşırıqlar verərək, İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olmayan məsələlərin müvafiq qurumlar qarşısında qaldırılması tapşırılıb.
Hazırladı: Mina RƏŞİD