Xalqımızın 44 günlük Vətən müharibəsində çaldığı Böyük Qələbə münasibətilə bir Azərbaycan vətəndaşı – ziyalı olaraq ürəyimdən keçən xoş hisslərimi milyonlarla həmvətənlilərimlə bölüşməyi özümə borc bilirəm.
Gözün aydın, Ulu Öndər!
Xalqımıza bəxş etdiyin İlhamınla,
Azərbaycan ilhamlandı.
Şərqdən doğan günəş təki
Qədim Şuşa qalasına nur çiləyib, işıq saldı.
Sağ əlilə Suqovuşanın saf suyundan,
Sol əlilə Həkərinin bol suyundan
İgidlərin arxasınca su çiləyib
səngərlərə yola saldı.
Çox keçmədi aldı Zəfər sorağını
Öz səsilə o, xalqına bəyan etdi sevincini-kədərini.
Bir əlində qardaş türkün,
bir əlində Azərbaycan bayrağını
O, özünə mayak seçdi.
Çox keçmədi Qarabağa gözlənilməz səfər etdi.
Bu gedişlə Komandanın yolunu kəsən
Düşmənlərin düz başına vurdu dəmir yumruğunu
Bu zərbənin təsirindən çaş-baş qalan Paşinyan,
Əl-qol atdı, lobbisinə əl çatmadı
…Komandanın gəlişindən xəbər tutan
Pənah xan da çox sevindi.
Xəbər çatdı Qarabağda –
Molla Pənah Vaqifə
O torpaq uyuyan dahilərə-dühalara...
Hər birisi çox sevindi
Qələbənin sorağını alan hər kəs
yön çöndərdi «Cıdır» düzü meydanına
Bu meydanda dalğalanan
Üçrəngli bayraq altda
İgid sərkərdə yanında
Həm sağında, həm solunda
Cəmləşərək cəm oldular,
Yumruq təki birləşərək bir oldular.
Bax, beləcə Qarabağda azadlığa qovuşdular.
Səfərov Komissar Bəhmən oğlu,
Laçın rayonundan məcburi köçkün.
Goranboy rayonu