21.11.2025, 23:55
AZ EN
21.11.2025, 17:21 94

İşğaldan azad olunmuş ərazilərə İsveçrə investisiyalarının cəlb olunması imkanları müzakirə edilib

XƏBƏRLƏR
  • İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüş zamanı qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsveçrə arasında investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf dinamikası barədə məlumat verib. Bundan başqa, qarşı tərəfə cari ilin sentyabr ayında keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri barədə məlumat təqdim olunub.

Səfir Tomas Ştəli iki ölkə arasında iqtisadi münasibətlərinin güclənməsi üçün böyük potensialın olduğunu bildirib və investisiya əməkdaşlığının gələcək perspektivlərini yüksək qiymətləndirib.

Azərbaycan və İsveçrə şirkətləri arasında tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, qarşılıqlı səfərlərin təşkili və biznes əlaqələrinin genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərə İsveçrə investisiyalarının cəlbi imkanları müzakirə edilib. (AZƏRTAC)

Oxşar xəbərlər