21.11.2025, 23:57
AZ EN
21.11.2025, 17:30 60

Şuşada daha 7 yaşayış binası tikiləcək

QARABAĞ
  • Şuşa şəhərinin bərpası çərçivəsində yeni yaşayış binalarının tikintisi üüçün növbəti tender elan edilib.

"Vətən səsi" xəbər verir ki, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi"nin tikinti və abadlıq işlərinin satın alınması üçün elan etdiyi tendarin ümumi dəyəri 36 milyon 671 min manatdır. Tenderdə Şuşa şəhərinin D-3 massivində yerləşən 2-ci mərhələ çərçivəsində inşa ediləcək 7 yeni yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlər nəzərdə tutulur.

Satınalma müsabiqəsində iştirak etmək istəyən iddiaçılar öz təkliflərini 2026-cı il yanvarın 7-dək təqdim etməlidir.

Xatırladaq ki, Şuşa şəhərində bərpa və yenidənqurma layihələri sürətlə davam etdirilir. Ötən ay birinci tenderdə Şuşa şəhərində D-3 yaşayış massivində 1-ci mərhələ üçün nəzərdə tutulan 10 ədəd yaşayış binasının tikintisi ilə bağlı keçirilmi tenderin də qalibi müəyyənləşdirilib. Satınalma müsabiqəsinin nəticələrinə görə həmin binaların tikintiusi bundan əvvəl Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti-abadlıq layihələrini uğurla həyata keçirən "GM Construction" MMC-yə həvalə edilib. Bunun üçün  "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxslə qalib şirkət arasında ümumi dəyəri 39 milyon 700 min 81 manat olan müqavilə imzalanıb.

Elxan SALAHOV

Oxşar xəbərlər