22.06.2025, 21:41
AZ EN
29.11.2022, 14:23 542

Suqovuşanın bərpası ilə bağlı işlər uğurla həyata keçirilir

QARABAĞ
  • İşğaldan azad edilən Suqovuşan magistral su kəməri yenidən bərpa edildikdən sonra Qarabağ iqtisadi rayonunda 96 min hektar ərazi suvarılacaq. Bununla Suqovuşandan gələn su 7 rayonun aqrar cəhətdən dirçəldilməsinə səbəb olacaq.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra, məhz işğal dövründə dağıdılmış infrastrukturun bərpasına start verilib və bunun  çoxlu sayda nümunələri var.  Ümumilikdə Suqovuşan qəsəbəsində həm su elektirik stansiyalarının artıq istifadəyə verilməsi, yol infrastrukturunun qurulması bunun nümunəsidir və daha bir layihə isə aqrar sənayenin inkişafı üçün daha böyük əhəmiyyət kəsb edən Suqovuşan magistral kanalıdır. Kanalın ümumi uzunlğu 5 kilometrdən bir az artıqdır. Qeyd edək ki, işğal dövründə kanalın  istifadəsiz qalması, dağıdılması və burda müharibə vaxtı mərmilərin düşməsi nəticəsində, demək olar ki, kanal tamamilə istifadəsiz  vəziyyətə gətirilmişdir. Lakin tşğaldan azad olunan torpaqlarımızda digər infrastruktur layihələr kimi məhz  suvarma sahəsində də işlərin aparıldığının şahidi oluruq. Ümumilikdə kanal  96 min hektar ərazinin suvarılması üçün nəzərdə tutulub. Kanalın texniki göstəriciləri endən dibi on metr,  yuxarıdan eni 21 metrdir və 70 kub metr saniyə sugötürmə gücünə malikdir. Onu da qeyd edək ki, kanalda aparılan təmir-bərpa işlərinin artıq 50 faizi  yekunlaşıb və gələn ilin sonuna kimi işlərin tamamilə  yekunlaşması planlaşdırılıb.  Və paralel olaraq artıq kanalın supaylama stansiyasına qədər olan işlər qurtarmaqla  yanaşı, həm də  sol və sağ sahil kanallarının da təmir-bərpası layihələndirilibdi. Artıq  20 km uzunluğu olan sol kanalın, yəni 20 kum metr saniyə sudaşıma qabiliyyəti olan bir kanalın  təmir-bərpasına da bu yaxın zamanlarda  başlanılacaqdır. Bundan sonra  70 km uzunluğu olan Ağdam istiqamətinə gedən  sağ kanalın da  təmir-bərpasına başlanılacaqdır. Hazırda da demək olar ki,  işlər aparılır.  Və deformasiya olmuş, dağılmış, tamamilə yararsız vəziyyətdə olan kanalın üzlüyü, dibi yeni beton örtüklə əvəzlənir. Kanal istifadəyə verildikdən sonra, əvvəldə də qeyd etdiyimiz kimi, suvarılan 96 min hektar ərazi artıq Suqovuşandan gələn suvarma suyu ilə təmin olunacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər