Bu barədə Rusiya XİN-in rəsmi məlumatına istinadən xəbər verir.
Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşüb.
Söhbət zamanı qeyd edilib ki, Azərbaycan tərəfinin Kiyevdəki Azərbaycan diplomatik missiyasının binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı 14 noyabr tarixli müraciəti Rusiyanın səlahiyyətli qurumları tərəfindən diqqətlə nəzərdən keçirilib.
"Rusiya tərəfi baş verən hadisə ilə bağlı səmimi təəssüfünü ifadə edir", - XİN-in məlumatında bildirilib. 9Report)