02.08.2025, 10:56
AZ EN
04.06.2025, 08:54 234

Bu gün şəhid jurnalist Sirac Abışovun anım günüdür

XƏBƏRLƏR
  • Abışov Sirac Abış oğlu 1989-cu il avqust ayının 29-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur.

1996-cı ildə Sumqayıt şəhər Ç.Mustafayev adına 40 saylı tam orta məktəbinə qəbul olmuş , 2007-ci ildə həmin məktəbin məzunu olmuşdur. Elə həmin il Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olmuş, 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirmişdir.

Media sahəsinə olan marağı onun yolunu 2010-cu ildən etibarən Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətindən salır. Bir müddət “Yurd tv”-də, daha sonra 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad olunmuş rayonlarda yaradılmış, Xüsusi Çəkiliş Qrupunun tərkibində yer almış, ordumuzun nəzarətində olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər etmişdir.

Əsrarəngiz təbiətə malik olan Kəlbəcərdə növbəti çəkiliş 04.06.2021-ci il tarixində Susuzluq kəndindən başlayacaqdı. Lakin kənd ərazisinə daxil olarkən heyəti aparan Kamaz Markalı nəqliyyat vasitəsi mənfur düşmənlərin tank əleyhinə basdırdığı minaya düşüb. Sirac Abışov həmin hadisə nəticəsində dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalıb. Şəhid jurnalist Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 14.06.2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli Vətənə Xidmətə Görə Ordeni ilə təltif edilmişdir. Ailəli idi, bir övladı Vətənə yadigar qalıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər