20.09.2024, 04:47
AZ EN
08.04.2023, 17:20 155

Cəbrayıl rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

XƏBƏRLƏR
  • Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə növbəti ağacəkmə tədbiri bu gün Cəbrayıl rayonunda keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin “Dostluq Meşəsi” adlandırılan sahəsində keçirilən ağacəkmə tədbiri zamanı nazirliyin və Hesablama Palatasının rəsmiləri və əməkdaşlarının iştirakı ilə ağac tingləri əkilib.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji mühitin, bioloji müxtəlifliyin bərpası, yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində mütəmadi olaraq ağacəkmə tədbirləri keçirilir, müxtəlif növ ağaclar əkilir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR