Ardıcıl ikinci ildir təşkil olunan bu səfərin əsas məqsədi təşkilatımızın üzvü olan şəhid ailə üzvlərinin Türkiyə Cümhuriyyətinin qəhrəmanlıq salnaməsini özündə əks etdirən Çanaqqala şəhərini ziyarət edib, orada şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini yad etmək arzusunu gerçəkləşdirməkdən ibarətdir. Səfər çərçivəsində İstanbul və Çanaqqala şəhərlərinin tarixi məkanlarının ziyarət olunması, eyni zamanda qardaş xalqlar arasında ortaq dəyərlərin inkişafı istiqamətində qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur.
Tahirə AĞAMİRZƏ