"Vətən səsi" xəbər verir ki, "Twins Group" MMC-nin elan etdiyi vakansiyalar üzrə müxtəlif vəzifələr işçilər axtarılır. Buraya, layihə rəhbəri, mühəndis, bekoloder və ekskavator sürücüsü, tikintiyə texniki nəzarətçi və digər peşələr üzrə ixtisaslı təcrübəli kadrlar daxildir. Əməkhaqqı isə vakansiyalara çıxarılan vəzifələrdən və işin həcmindən asılı olaraq 1000 manatdan 3000 manatadək dəyişir. Üstəlik Laçın rayonu ərazisində işləyən əməkdaşlara korporativ nömrə verilir, gün ərzində 3 dəfə qidalanma və yaşayış yeri ilə təminat müəssisə tərəfindən qarşılanır.
Elxan SALAHOV