09.06.2025, 18:16
AZ EN
02.04.2025, 07:41 242

Ağdam sakini: Yurdumu tək tərk etmişdim, həyat yoldaşım, övladlarımla qayıdıram

XƏBƏRLƏR
  • Ağdamı tək tərk etmişdim, indi həyat yoldaşım, iki övladım, gəlinimlə qayıdıram. Böyük oğlum həkimdir.

Bunları jurnalistlərə Ağdam rayonunun Sarıcalı kənd sakini Dərya Cəfərova deyib.

“Çox sevincliyəm. Bu günə şükür olsun. Allah bu günü digər keçmiş məcbur köçkünlərə də nəsib etsin. Onlar da tezliklə öz yurdlarına qayıtsın.

Prezidentimiz, qazilərimiz, şəhidlərimizin sayəsində yurdumuza qayıdırıq. Sevincimin həddi-hüdudu yoxdur.

Ermənilər Ağdamı viran etmişdilər. Amma indi ora çox gözəl bərpa edilib”, - o əlavə edib. (Report)

Oxşar xəbərlər