24.04.2025, 12:07
AZ EN
20.12.2022, 19:55 463

Pakistanlı elm xadimlərindən Laçın-Xankəndi yolunda keçirilən aksiyaya qardaşlıq dəstəyi

XƏBƏRLƏR
  • Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyətinin və Azərbaycanın Pakistandakı səfirliyinin iştirakı ilə “Azərbaycan-Pakistan əlaqələri” mövzusunda Lahor Dövlət Kollec Universitetində keçirilən beynəlxalq konfransın iştirakçıları, pakistanlı müəllim və tələbələr, ölkənin elmi ictimaiyyəti Qarabağda Xankəndi yolunda Azərbaycan vətəndaşlarının ekoloji terrorizmə qarşı keçirdikləri etiraz aksiyasına dəstək nümayiş etdirərək həmrəylik ifadə ediblər.

Bu barədə AMEA-dan məlumat verilib. Konfransın iştirakçıları ayağa qalxaraq “Yaşasın Azərbaycan”, “Yaşasın Azərbaycan-Pakistan qardaşlığı və birliyi” şüarları səsləndiriblər. (AZƏRTAC)

Oxşar xəbərlər