25.04.2025, 02:49
AZ EN
11.04.2022, 13:10 671

Vətən müharibəsi şəhidi Asif Ataşovun xatirəsi anılıb

XƏBƏRLƏR

Abşeron rayonunda Vətən müharibəsi şəhidi Ataşov Asif Kərim oğlunun xatirəsi anılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” orden və medallarına layiq görülən Ataşov Asif Kərim oğlunun anadan olmasının 20-ci ili münasibətilə Xırdalan Şəhidlər xiyabanında onun məzarını ziyarət ediblər.

Şəhidimizin ruhuna dualar oxunub, onun döyüş yolundan, cəbhədə göstərdiyi şücaətlərdən söz açılıb.

RİH başçısı ziyarət zamanı bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gəldi və 30 illik Vətən həsrətinə son qoyuldu. Xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin nəticəsində düşmən döyüş meydanında diz çökdürüldü. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini və bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.

Şagirdlər Vətənə, Qələbəyə həsr olunan şeirlər söyləyiblər.

Sonra tədbir iştirakçıları Ataşov Asif Kərim oğlunun evinə gedərək, şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıblar.

Şəhid ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. (AZƏRTAC)

Oxşar xəbərlər