10.10.2024, 15:08
AZ EN
16.10.2023, 17:23 212

DTA: "Azad edilmiş ərazilərdə turizm infrastrukturunun yaradılması üçün hazırlıq gedir"

XƏBƏRLƏR
  • Azərbaycanın azad edilmiş ərazilərində turizm infrastrukturunun yaradılması üçün layihə-smeta sənədləri hazırlanır.

Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, turizm potensialı olan ərazilərdə ilk növbədə ilkin infrastruktur qurulacaq: “Prezident İlham Əliyev dediyi kimi, azad edilmiş ərazilərin yüksək turizm potensialı var. Elə bu məqsədlə də Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu edilib. Dövlət Turizm Agentliyi tərəfindən də turizm potensialı olan ərazilərdə işlər həyata keçirilir. Suqovuşan İstirahət Parkı da bu işlərdən biridir. Hazırda Tuğ ərazisində Suqovuşanda olduğu kimi Turizm İnformasiya Mərkəzinin və avtodayanacağın, həmçinin turistlərin əraziyə gələn zaman ilkin ehtiyacı olacaq infrastruktur obyektlərinin layihə-smeta sənədləri hazırlanır”.

A. Hüseynova qeyd edib ki, həmçinin Daşaltı və Hadrut üçün də eyni layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilir: “Ümumiyyətlə DTA-nın azad edilmiş ərazilərdə turizmlə bağlı planı odur ki, turistlərin ilkin ehtiyacının qarşılanması üçün infrastruktur qurulsun”.

DTA rəsmisi əlavə edib ki, işğaldan azad edilmiş digər ərazilərin də qiymətləndirilməsi həyata keçirilir.

Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. (Report)

Oxşar xəbərlər