Aprelin 3-də gecə saat 3.00. radələrində Bakının Səbail rayonundakı Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən "Korona" klubda qəfil partlayış baş verib.
Hadisə yerinə dərhal FHN və DİN əməkdaşları, 35 təcili yardım briqadası cəlb edilib. Saat 04:20-dək hadisə yerindən 24 nəfər (13 kişi, 11 qadın) xəstəxanalara aparılıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hadisə baş verən ərazidə olub.
Hadisə zamanı ölən bir nəfərin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. (APA)