Səyyar qəbulda ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və işğaldan azad olunmuş Cəbrayıl rayonunda aparılan quruculuq işlərindən və əhalinin rayona qayıdışından söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
İcra başçısı qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair bir sıra göstərişlər verib. Bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Rayon sakinləri respublikamızda və işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirib, minnətdarlıqlarını ifadə ediblər.
Hazırladı: Mina RƏŞİD