Bunu bu gün Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Effektiv kommunikasiya" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir.
İcraçı direktor bildirib ki, media savadlılığı inkişaf etmədikcə problemlər yaşanacaq.
"Müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər keçirilir, media savadlılığının gücləndirməsi üçün vacib addımlar atılır", - Ə.İsmayılov əlavə edib.
Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir. (Trend)