Olimpiadada 5 fakültədən 100 tələbə iştirak edib. Nəticələrin bir neçə gün ərzində açıqlanması nəzərdə tutulub.
Olimpiadanın keçirilməsində məqsəd gənclərin hüquqi inkişafı və onlar tərəfindən müasir dövlət quruculuğu prosesinin əsas prioritetlərindən olan Azərbaycan Respublikası Konstitusiyasının əsaslarının və mahiyyətinin daha dərindən öyrənilməsidir.
Qeyd edək ki, hər il Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında hüquq olimpiadası keçirilir.
Tahirə AĞAMİRZƏ