10.10.2024, 14:54
AZ EN
12.09.2024, 21:25 147

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması növbəti qələbəsini qazanıb

XƏBƏRLƏR
  • Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Yığma II turda Finlandiyanı məğlub edib - 3,5:0,5.

Toyvo Keynanen– Aydın Süleymanlı 0,5:0,5
Vilka Spila – Nicat Abasov 0:1
Mikael Aqopov – Rauf Məmmədov 0:1
Henri Ladelma – Məhəmməd Muradlı 0:1

Qeyd edək ki, ilk turda kişilərdən ibarət yığmamız İordaniyanı 3,5:0,5 hesabı ilə üstələyib. Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib - 4:0. (Report)

Oxşar xəbərlər