21.09.2024, 21:25
AZ EN
13.12.2022, 14:53 418

Zoologiya İnstitutunun əməkdaşları Oxçuçaydan materiallar toplayıblar

XƏBƏRLƏR
  • Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, b.e.d., dosent Asif Manafov və institutun elmi katibi, b.ü.f.d., dosent Sara Əliyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonu ərazisindən axan Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinqlərin aparılmasını təmin etmək məqsədilə İşçi qrupu ilə birgə növbəti dəfə ezamiyyətdə olublar.

İnstitutdan bildirilib ki, hazırlanmış birgə Fəaliyyət planına əsasən, transsərhəd çay olan Oxçuçay hövzəsində kompleks elmi-tədqiqat işləri aparılıb, hidrobiontlara aid materiallar toplanılıb. İşçi qrupunda təmsil olunan müvafiq müəssisələrdə, o cümlədən Zoologiya İnstitutunda materialların analizi həyata keçirilir. (APA)

Oxşar xəbərlər