Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhidin Vüqar Abbasəliyevin anası Çimnaz Cəfərovanın müayinəsi zamanı hər iki gözünə katarakta diaqnozu təyin olunub.
Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer alan katarakta əməliyyatı icra olunub. Xidmətlər zərfində yer almayan “İntraokular linzanın qüzehli qişaya tikilməsi” əməliyyatı xərcləri isə “YAŞAT” Fondu tərəfindən ödənib.
Qeyd edək ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür. (AZƏRTAC)