19.09.2024, 16:43
AZ EN
21.05.2023, 15:58 241

Həmzə Sultan nəslinin nümayəndələri uzun həsrətdən sonra doğma Laçının Hüsülü kəndində...

XƏBƏRLƏR
  • İşğaldan azad eilmiş torpaqlarımıza 30 illik həsrətdən sonra doğma sakinlər, onların nəvə və nəticələri, yaxınları bu yerləri görmək arzusuyla yaşayırlar. Gənc müğənni Yusif Cəfərbəyli də, ata-baba ocağı olan Laçının Hüsülü kəndinə səfər edən Azərbaycan Televiziyasının komandasına qoşularaq babası Yusif Əsəd bəyin məzarını ziyarət edib.  Qeyd edək ki, Yusif Əsəd bəy bu ərazidə öz adına saray ucaldan Həmzə Sultanın nəslinin davamçısı, 1941-1945-ci il müharibəsinin iştirakçısı olub.  

Laçının Hüsülü kəndinin tarixi adı Sultanlardı. Müəyyən dövrlədə bu ərazilər Əsədlər, Əsəd Sultanlar da adlandırılıb. Ermənistanın işğalı dövründə ermənilərin Laçında saxtalaşdırmağa çalışdığı 30 yaşayış məntəqəsindən biri də bu kənd olub.

Həmzə Sultan Sarayı 1761-də tikilib. 1992-ci ildən sonra düşmən digər tarixi və mədəni abidələrimiz kimi bu tarixi abidəni də fərqli şəkildə təmir etdirərək, sarayı öz adından, görkəmindən məhrm edib. Sarayın üzərindəki daş kitabə 1998-ci ildə  İrəvana aparılıb. Saray isə turizm məqsədilə istifadə edilib.

400 yaşayış evi olmuş bu kənddə Həmzə Sultan nəslinin nümayəndələri yaşayıb. Azəbaycan, Türkiyə, Rusiya arxivlərində kəndin qədim tarixinə dair sənədlər mövcuddur. Sarayda 5 barmaq izi olan daşlar, xalqımıza məxsus müəyyən tarixi izlər ləğv edilərək erməniləşdirilib. Qəbirlər vəhşicəsinə dağıdılıb. Düşmən öz doğma yurdumuzdan izimizi  itirməyə çalışsa da, buna nail ola bilməyib.      

Nə yaxşı ki, Azərbaycan 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü ilə düşmən tapdağında olan ata-baba torpaqlarını azad etdi. Azad etdiyimiz yurdumuzu indi də abad edirik.

Hazırladı: Mina RƏŞİD   

Oxşar xəbərlər

SON XƏBƏRLƏR