23.01.2026, 13:40
AZ EN
23.01.2026, 08:49 176

Cəbrayıl sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 2 saylı qəsəbədə rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib.

 İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və qəsəbə sakinlərinin iştirak etdiyi tədbirdə icra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərindən, aparılan quruculuq işlərindən, əhalinin doğma yurdlarına köçündən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər