1975-ci ildə Şuşa Kənd Təsərrüfatı texnikumunun baytarlıq fakültəsini, 1981-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Pedoqoji fakültəsini bitirmişdir. Qubadlı rayon Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. 14 kitabın, 4 dərsliyin, 3 dərs vəsaitinin, 5 metodiki vəsaitin, I-XI siniflər üçün fiziki tərbiyə üzrə tədris programlarının müəlliflərindən biri, eləcə də "Xələc İman Yeri Möcüzələr ocağıdır", "Qubadlının Yer Yurd adları", "Zəngəzur Pələngi" və "Osmanlıda Doğulub Qubadlıda Uyuyanlar" adlı kitabların müəllifidir. Hal hazırda "Gənclərin mənəvi fiziki tərbiyəsində xalq oyun ənənələrinin rolu" dərs vasaiti və "Mütəhərrik oyunlar" dərslik kitabı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasında dərslik kimi tədris olunur. Çingiz Salmanov bu və digər xidmətlərə görə "Qızıl Qələm", "Əsrin ziyalısı", "Əsl pedaqoq", "Xalq Ziyalısı!" diplomlarına, "Yusif Məmmədəliyev mükafatına", "Həsən bəy Zərdabi adına medal”a və Türk dünyasının Dostluq Ordeninə layiq görülmüşdür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənabı İlham Əliyevin sərəncamı ilə Çingiz Salmanov Əməkdar müəllim adına layiq görülüb.
Tahirə AĞAMİRZƏ