Bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən keçmiş məcburi köçkün Bəyim Qarayeva deyib.
O, Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb: "Bu günümüzə görə Allaha şükür edirəm. Möhtərəm Prezidentimizə cansağlığı arzulayıram. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Vətənimizi, torpaqlarımızı düşməndən qorusun". (AZƏRTAC)