23.11.2024, 00:20
AZ EN
14.12.2023, 13:11 283

Vüqar Bayramov:"İşsizlikdən sığorta haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə edildi"

XƏBƏRLƏR
  • "Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “İşsizlikdən sığorta haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə edildi". Bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov açıqlamasında bildirib. O, qeyd edib ki, təklif olunan dəyişikliklərə əsasən, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək: "Hər uşaq üçün əlavə 5 faiz ödənilir. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklər ilə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək".

Müzakirələr zamanı ailədə əlilliyi olan uşaqlar üçün daha yüksək əlavələr ödənilməsini təklif etdiyini vurğulayan deputat bildirib ki, ailədə əlilliy olan uşaq varsa və ailə başçısına işsizlikdən sığorta təyin edilirsə o zaman əlavə 5 faiz deyil, 10 faiz hesablanması daha məqsədəuyğun olardı: "Bu imkan verər ki, belə ailələrə ödənilən sığorta məbləği daha yüksək olsun. Bu usə həmin ailələrin sosial təminatının daha da gücləndirilməsi baxımdan vacibdir.

V.Bayramov təklifin qanunvericilikdə öz əksini tapması üçün müvafiq dövlət qurumları ilə müzakirələr davam etdiriləcəyini vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər