Tbilisi meri Kaxa Kaladzenin müavini Kaxa Abuladze jurnalistlərə açıqlamasında bildirib ki, Novruz bayramı yeni həyatın başlanğıcı, sevgi və birlik bayramıdır.
"Mən azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm",- o bildirib və hər kəsə sülh arzulayıb.
"Gürcü və Azərbaycan xalqlarının dostluğu əsrlərə söykənir. Əsrlər boyu biz bir-birimizlə sülh və dostluq içində yaşamışıq", - merin müavini qeyd edib.
Tbilisi merinin müavini Azərbaycan icmasına da təşəkkürünü çatdırıb. (Report)