23.12.2024, 22:49
AZ EN
27.01.2023, 11:33 335

İstanbulda şəhid övladları üçün qış düşərgəsi təşkil edilib

XƏBƏRLƏR
  • “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, “YAŞAT” Fondu, həmçinin “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə azərbaycanlı şəhid övladları  üçün Türkiyənin İstanbul şəhərində qış düşərgəsi təşkil olunub.

Yanvarın 26-dan 30-dək davam edəcək düşərgəyə ötən ilin may ayında Bakıda təşkil olunmuş “Teknofest Azərbaycan”ın iştirakçısı olan şəhid övladları qatılıblar.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, layihə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə təməli qoyulan Türkiyə Cümhuriyyətinin 100 illiyi, eyni zamanda “Heydər Əliyev İli” çərçivəsində reallaşdırılır.

Düşərgə müddətində iştirakçılar Bəyoğlu Bələdiyyəsi Kefken kampında sosial və idman fəaliyyətlərinə cəlb olunacaq, İstanbulun tarixi-mədəni yerləri ilə tanış olacaq, T3 Fondu, “Baykar” şirkəti kimi məkanları ziyarət edəcəklər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər