Səyyar qəbulların bütün yaşayış məntəqələrində keçirildiyini diqqətə çatdıran icra başçısı Alı Alıyev əvvəlcə 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfərdən, rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyatı üzrə idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Mina RƏŞİD