24.04.2025, 22:01
AZ EN
03.08.2024, 11:13 308

Laçınlı məcburi köçkünlərin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2024-cü il 02 avqust tarixində Tərtər rayonunun Ələsgərli kəndində Tərtər rayonunun Ələsgərli kənd tam orta məktəbinin inzibati binasında – rayon ərazisində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilmişdir. 

25 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda müraciətlər dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.        

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Oxşar xəbərlər