Tədbirdə hər iki idarənin əməkdaşları, ümumtəhsil müəssisələrinin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ölkənin müstəqilliyinin qorunması, daxili və xarici siyasətinin inkişafı istiqamətindəki müstəsna rolundan, təhsilə və gənclərin inkişafına verdiyi önəmdən, Ümummilli Liderin təşəbbüsü ilə yaradılan təhsil və elm sahəsindəki islahatlardan danışılıb.
Tədbirin sonunda "Heydər Əliyev - vətənə, xalqa həsr edilən" adlı film nümayiş olunub.
Tahirə AĞAMİRZƏ