22.11.2024, 00:17
AZ EN
15.08.2024, 17:14 213

Festivalda Qarabağ xalçalarına aid əl işləri maraqla qarşılanıb

XƏBƏRLƏR
  • Bakının Nizami rayonundakı Heydər Əliyev Parkında "Bir peşənin sirri" adlı festival keçirilib. Festival peşə təhsili və karyera inkişafı ilə maraqlanan çoxsaylı gənci bir məkana toplayıb.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən peşəyönümlü aksiyasının məram və məqsədi ilə bağlı qurumun direktoru Şaban Cəərçiyev bildirib ki, festivalın məqsədi peşə təhsilinə marağın artırılması, gənclərin bu sahəyə cəlb olunması və onların peşəkar karyera qurma potensialını üzə çıxarmaqdır. Bu aksiya mütəmadi olaraq paytaxtla yanaşı, bir neçə rayonda da təşkil olunur. Festivalda iştirakçılar müxtəlif peşə sahələri üzrə ustad dərslərində iştirak edərək, öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar.  

Budəfəki toplantıda həm paytaxtda, həm də regionlarda yerləşən peşə təhsil mərkəzləri təmsil olunublar. Qurulmuş çadırlarda qonaqlara peşə təhsil müəssisələrinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər təqdim olunub.

Festival iştirakçısı Ellada Xəlilova deyir ki, burada çox şeylər öyrəndim. Onun xüsusi parça üzərində Qarabağ xalçalarından olan Malıbəy xalçasının ornamentindən götürülmüş əl işi qonaqların marağına səbəb olub.

Qeyd edək ki, festival boyunca maarifləndirici dərslər də keçirilib. 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər