31.07.2025, 18:34
AZ EN
07.09.2023, 08:28 297

Füzuli sakini: Ümidlərim reallığa çevrildi

XƏBƏRLƏR
  • Otuz ildən sonra öz torpağımıza qayıtmaq məni çox sevindirir.

Bunu Füzuli sakini Xəlilova Sevda deyib.

O bildirib ki, sevincindən səhərə qədər yatmayıb.

“Mən Füzulidən çıxanda 32 yaşım var idi. Keçən 30 il çox çətinliklər gördüm. Lakin öz doğma torpağıma qayıtmağıma ümidim var idi. O ümidlər reallığa çevrildi. Bu anları mənə yaşatdığına görə ordumuza minnətdaram”, - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR