22.11.2024, 12:01
AZ EN
06.10.2024, 09:00 222

Bu gün Vətən müharibəsinin şəhidi Elvin Kazımovun anım günüdür

XƏBƏRLƏR
  • "Düşməni məhv etdikdən sonra şəhid olasaq, nə xoş bizə"- demişdi Elvin.

Elvin Kazımov 3 dekabr 1987-ci il dekadə anadan olub. O, hələ yeniyetməlik dövründə hərbçi olmaq arzusu ilə yaşayıb, bu məqsədlə Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra isə sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. 2010-cu ildə tam Ali təhsil aldıqdan sonra bir il Təlim-Tədris Mərkəzində ixtisasartırma kursunda oxuyub.

Kapitan Elvin Kazımov leytenant rütbəsi aldıqdan sonra müxtəlif hərbi hissələrdə vətənə sədaqətlə xidmət edib.

Təbiətcə sakit, təmkinli, gülərüz və mehribanlığı ilə seçilən kapitan Elvin Kazımov ailəli idi, hər gün oğlu Rəvan ilə daha çox vaxt keçirmək üçün evə tələsirdi.

Elvin Kazımovun iki qardaşı var. O, böyük qardaşı mayor Elçin Kazımovla birlikdə eyni istiqamətdə gedən döyüşlərdə bir-birilərindən xəbərsiz vuruşublar.

Kapitan Elvin Kazımov yaşadığı məhəllədə özünü tərbiyəli, qayğıkeş və səmimi insan kimi tanıdaraq hamının sevimlisinə çevrilib.

Elvin Kazımov 2014-cu ildə, avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ağcabədi rayonunun Yusifcanlı kəndi istiqamətində kəşfiyyat döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin xain pusqusuna düşərək yaralanıb. 2016-ci ildə Aprel döyüşlərində iştirak edən kəşfiyyatçı 2018-ci ildə qüsursuz xidmətlərinə görə medalla təltif olunub.

Kapitan Elvin Kazımov 2020-ci il, oktyabrın 6-da Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhid olub. O, döyüş yoldaşlarıni xilas etmək üçün canını fəda edib. Son sözləri isə "Əsgərlərimi çıxarın, mən hələ dözərəm" olub.

Kapitan döyüşdən qabaq əsgərlərinə müraciət edərək, bu sözləri deyib:

"Ayə, heç kişi də ermənidən qorxarmı?! Biz bura ölməyə deyil, öldürməyə gəlmişik! Ölmək yoxdur, yalnız öldürmək var! Əgər şəhid olacağıqsa, düşməni məhv etdikdən sonra şəhadətə qovuşacağıq!"

Elvin Kazımov göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR