22.11.2024, 19:23
AZ EN
11.09.2023, 12:38 260

Füzuliyə qayıdan sakin: Azərbaycan Ordusunun tarixi Qələbəsi hər zaman yaddaşlarda qalacaq

XƏBƏRLƏR
  • Bu gün 30 illik ayrılıqdan sonra öz yurdlarına qayıdan füzulililərin timsalında bizim də xoş günümüzdür. Çünki bu gün yurd həsrəti sona çatır. Ermənilərin təcavüzü nəticəsində 37 yaşımda üç uşaqla Füzulidən köçməyə məcbur qalmışdıq. Çox çətin və məşəqqətli günlər idi. Sevinirik ki, həmin anlar geridə qaldı, hazırkı vəziyyəti sözlə ifadə etmək çətindir.

Bu sözləri jurnalistlərə müsahibəsində Füzuliyə qayıdan sakin Fəridə Əliyeva söyləyib.

O bildirib ki, Azərbaycan Ordusunun tarixi Qələbəsi hər zaman yaddaşlarda qalacaq, gələcək nəsillər tərəfindən fəxarətlə xatırlanacaq.

“Biz xoşbəxtik ki, bu tarixin bir hissəsiyik və bundan sonra doğma yurdda - işğaldan azad edilmiş yerlərdə yaşayacağıq. Arzu edirəm ki, azad Azərbaycanın bayrağı hər zaman yüksəklərdə dalğalansın, düşmənlərimiz də baxıb xar olsunlar”, - deyə Fəridə Əliyeva bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər