Həyatını hərb sənətinə bağlayan insanlar hər an Vətənin keşiyindədir. Onlar həm də bu işlərindən qürur duyurlar. Onlardan biri də Kamran Yasər oğlu Bədəlzadədir. Kamran 10 iyul 1995-ci ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olmuşdur. O, kəndlərindəki tam orta məktəbi bitirmişdir. Kamran orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Hərbi xidmətdən sonra MAHHXHQ əsgər kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində Kamran Qubadlı, Zəngilan, Füzuli, Şuşa-Daşaltı, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Şuşa-Daşaltı döyüşlərində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları verilmişdir. Qazimiz ailəlidir, II qrup əlildir.
İsa Musayev