Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir ki, bu barədə nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bern şəhərində ICAO-nun Baş katibi Xuan Karlos Salazar və Avropa və Şimali Atlantika Bürosunun Regional direktoru Nikolas Rallo ilə görüşündə bildirilib.
Məlumata görə, Azərbaycan tərəfi araşdırmaların ixtisaslaşmış və təcrübəli məhkəmə ekspertiza orqanları tərəfindən aparılmasının vacibliyini xüsusi vurğulayıb. ICAO isə qeyd edib ki, ətraflı və qərəzsiz istintaq aparılması Çikaqo Konvensiyasının 13 saylı əlavəsinin əsas tələblərindəndir.
Təşkilat üzv dövlətlərin qlobal aviasiya təhlükəsizliyi standartlarına riayət etməsinə dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib. Görüşdə həmçinin ICAO, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycanın aviasiya sənayesi arasında əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində qlobal standartların tətbiqinə dair ICAO siyasətinə dəstəyini bir daha bəyan edib. (Report)