22.11.2024, 20:41
AZ EN
30.12.2023, 17:36 230

Ehtiyatda olan kapitan: Ən yaxın günlərdə ailəmlə yeni mənzilə köçməyi planlaşdırıram

XƏBƏRLƏR
  • Yeni il bayramı ərəfəsində bizə mənzil təqdim edildiyi üçün çox sevincliyəm. Prezidentimiz hər zaman şəhid ailələri və qazilərin problemlərinin həllinə diqqət göstərib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu il ərazi bütövlüyümüz tam bərpa olundu. Bu xəbər bütün dünya azərbaycanlılar, o cümlədən hərbçilər üçün də ən gözəl xəbər oldu.

Bu sözləri ehtiyatda olan kapitan Poladi Həbib Nüsrət oğlu bildirib.

O qeyd edib ki, Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Zəfər bir dövlət başçısı, siyasətçi və Ali Baş Komandan kimi İlham Əliyevin çox böyük tarixi uğurudur.

“Belə bir dövlət başçısına malik olmaq xalqımız üçün çox böyük xoşbəxtlikdir. Onun rəhbərliyi altında ölkəmiz gündən-günə inkişaf edir”, - deyə P.Həbib qeyd edib.

Qeyd edək ki, P.Həbib Vətən müharibəsində Murov və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Döyüşlər zamanı yaralanıb və müalicə prosesini tamamladıqdan sonra yenidən cəbhə yoldaşlarının yanına qayıdaraq torpaqlarımızın azad olunması uğrunda gedən əməliyyatlarda sona qədər vuruşub.

Ailəli və iki övladı olan P.Həbibə Kürdəxanı qəsəbəsində mənzil təqdim edilib. Ehtiyatda olan kapitan ən yaxın günlərdə ailəsi ilə birgə yeni mənzilə köçməyi planlaşdırır. (AZƏRTAC)

Oxşar xəbərlər