“Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin "Dostluq Meşəsi" adlandırılan sahəsində, o cümlədən ətrafdakı terraslarda Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə bugünədək 73 hektarda 63 mindən artıq müxtəlif növ ağac tingi əkilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, son bir həftə ərzində isə Cəbrayılın "Dostluq Meşəsi" adlandırılan sahəsində, eləcə də ətrafdakı yamaclarda 13 530 ağac tingi əkilib.
“Qeyd edək ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində kompleksin ərazisində və ətraf terraslarda ağacəkmə tədbirlərinə ötən ilin sonlarından başlanılıb”. (Trend)