22.11.2024, 11:57
AZ EN
30.01.2024, 08:05 309

Unudulmayan ənənələrimiz

XƏBƏRLƏR
  • ... Bu gün Böyük çillənin son günüdür. Sabahdan Kiçik çillə başlayır. Yəni Kiçik çillə yanvarın 31-dən başlayaraq fevralın 19-dək davam edəcək. Fevralın 20-dən martın 20-dək isə Boz ay olacaq...

Kiçik çillənin ilk ongünlüyündə isə "Xıdır Nəbi" mərasimi keçiriləcək. Həmin günlərdə Qovud hazırlanır.

Xıdır Nəbi bayramında buğdanı sacda qovururlar. Qovurulmuş buğda “qovurğa” adlanır. Sonra onu kirkirədə (dəstərdə) üyüdüb “qovud” adlanan narın hissəsini və “yarma” adlanan digər iri hissəsini ayrı-ayrılıqda qablara tökərlər. Bir qaba şərbət, doşab və üyüdülmüş buğdanın narın hissəsi tökülərək qarışdırılır və qovud hazırlanır. Buğda ilə bərabər badam, küncüt, şabalıd, qoz, noxud, günəbaxan tumu qovrulur, onun içərisinə  iydə, innab, kişmiş, mövüz qarışdırılaraq “Xıdır xonçası” hazırlanır. Aş (plov) süzülür, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib evlərə torba atır, “Xıdır payı” yığırlar. Pay gözləyən uşaqlar aşağıdakı misraları söyləyirlər:

Xıdıra xıdır deyərlər,

Xıdırın payını verərlər.

Çatma, çatma, çatmaya,

Çatma yerə batmaya.

Xıdıra pay verməyənin

Ayağı yerə çatmaya...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR