Bunu “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev 2024-cü ilin yekunlarına dair brifinqdə deyib.
O bildirib ki, artıq bu rayonlar üzrə inzibati binalar ayrılıb:
"Təmir işləri bitdikdən sonra "Azərpoçt"un xidmətləri bu rayonlarda da fəaliyyət göstərəcək. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə əhali məskunlaşdıqca və orada "Azərpoçt"a xüsusi inzibati binalar verildikdən sonra yeni poçt xidmətləri fəaliyyətə başlayacaq". (Trend)