12.07.2025, 19:17
AZ EN
12.07.2025, 08:00 118

Kəlbəcər rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

XƏBƏRLƏR
  • Kəlbəcər Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət Sarayında “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,Millət vəkili Mircəlil Qasımlı, YAP Gəncə şəhər təşkilatının sədri, YAP-ın idarə heyyətinin üzvü, Qərbi Azərbaycan İcmasının üzvü Bayram Aslanov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Qərbi Azərbaycan İcmasının Göygöl rayonu üzrə nümayəndəsi Hamlet Ömərov, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Bu gün Sizlərlə birlikdə  olduqca əhəmiyyətli bir tədbirdə, “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimində iştirak edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunənərinin, qəbiriştanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədilib, nəticədə 300 minə yaxın insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. Əminliklə deyə bilərik ki, keçmiş məcburi köçkünlər kimi Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı, əzmi və qətiyyəti ilə təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıdacaqlar.

Daha sonra çıxış edən digər natiqlər, YAP Gəncə şəhər təşkilatının sədri, YAP-ın idarə heyyətinin üzvü, Qərbi Azərbaycan İcmasının üzvü Bayram Aslanov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Qərbi Azərbaycan İcmasının Göygöl rayonu üzrə nümayəndəsi Hamlet Ömərov vurğulayıblar ki, “Qərbi Azərbaycan İrsi” kitabının 3 dildə - azərbaycan, rus və ingilis dillərində nəşr olunub, tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.Eyni zamanda  kitab Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli mənbə hesab edilə bilər.Həmçinin əminliklə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun  davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qərbi Azərbaycana qayıdış çərçivəsində görülən işlər, atılan addımlar bunu deməyə əsas verir ki, soydaşlarımız tezliklə öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR