10.09.2025, 19:27
AZ EN
10.09.2025, 14:51 225

“44 günlük Vətən müharibəsi” kitabı ingilis dilində çapdan çıxıb

XƏBƏRLƏR
  • Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyevin “44 day Patriotic war” (“44 günlük Vətən müharibəsi”) kitabı ingilis dilində işıq üzü görüb. Kitab Azərbaycanda Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-сi ildönümlərinə həsr olunub.

Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi prosesindən tarixi-xronoloji ardıcıllıqla bəhs edilib. Həmçinin, kitabda Ermənistan və Azərbaycan arasında birinci və ikinci müharibənin əsas səbəbləri, onların bütün Cənubi Qafqazın taleyi üçün geosiyasi nəticələrini müəyyənləşdirməyə və göstərməyə cəhd olunub.

Kitabda mətbuatda olan geniş informasiya mənbələrinə, hərbi ekspertlər, hərbi və beynəlxalq humanitar hüquq sahəsində ixtisaslaşan alimlər, mütəxəssislərin təhlilləri əsasında Ermənistan və Azərbaycan arasında 2020-ci ildə baş vermiş 44 günlük müharibənin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilib. Eləcə də, 44 günlük müharibədə hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri əks olunub, bununla bərabər Vətən müharibəsində qələbəsini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın mərhələləri, inkişafı, və sabit təkamülü göstərilib.

Kitab Milli Müdafiə Universitetinin adyunktları, müəllimləri və dinləyiciləri, hərbi nəzəriyyəçi və praktiklər, beynəlxalq münasibətlər, humanitar və hərbi hüquq sahəsində ixtisaslaşan yerli və xarici mütəxəssislər üçün nəzərdə tutulub. Həmçinin, kitab Azərbaycanın hərb tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin gedişi və konkret məzmunu ilə maraqlanan geniş oxucu kütləsi üçün də maraqlı mənbədir.(AZƏRTAC)

Oxşar xəbərlər