Bu sözləri Gürcüstanın apsny.ge və kavkasia.net informasiya portallarının baş direktoru Qoça Qvaramia söyləyib.
Jurnalist deyib: “Biz hamımız bilirik ki, Azərbaycan və Ermənistan biri-birlərinin ərazi bütövlüyünü tanıyırlar. Hamı etiraf edir ki, Qarabağ Azərbaycan ərazisidir və Cənubi Qafqazda sülh danışıqları gedir. Ermənistan, həmçinin Türkiyə ilə münasibətlərini tənzimləməyə çalışır. Lakin bu bəzi qüvvələrin maraqlarına cavab vermir”.
Azərbaycan televiziyasının jurnalistlərinə hücumun arxasında Fransadakı erməni lobbisinin dayanması faktına toxunan jurnalist deyib ki, Fransada böyük erməni diasporu mövcuddur. Fransa tərəfi erməni lobbisini hərəkətə gətirməklə Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarına mənfi təsir göstərməyə çalışır.
Q.Qvaramia, bütün hallarda peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı hər hansı bir təzyiq və işgəncənin, təhqirin törədilməsini qətiyyətlə pisləyib, günahkarların tezliklə tapılaraq cəzalandırılacaqlarına ümidvar olduğunu vurğulayıb. (AZƏRTAC)