Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. Onun sözlərinə görə, sonrakı dövlərdə ölkənin bütün ərazilərində mikrorezervatların yaradılması üçün işlər görüləcək: “Əsasən də Qarabağ və Şərqi Zəngəzurda flora və fauna növləri işğaldan çox əziyyət çəkib. Həmin fauna və flora növlərinin bir sıra hallarda mühafizəsi üçün rezervatların yaradılması nəzərdə tutulub”. (APA)